Operativ Məlumat Mərkəzi

Bu il yaradılacaq Zaqatala-Balakən Biosfer Qoruğu UNESCO-ya təqdim olunacaq

2 dəq
Paylaş:
Bu il yaradılacaq Zaqatala-Balakən Biosfer Qoruğu UNESCO-ya təqdim olunacaq

Bu il “Zaqatala- Qoruğu” yaradılacaq və onun nominasiya dosyesi -nun "İnsan ve Biosfer" proqramına təqdim olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, ölkədə geopark yaradılması üçün ekspertlər tərəfindən birgə aparılan araşdırılmalar nəticəsində ərazilər müəyyən və geoparkların yaradılması ilə bağlı nominasiya sənədinin bu il UNESCO-nun "Qlobal Geoparklar Proqramı"na təqdim olunması planlaşdırılır.

Hesabatda qeyd edilib ki, Qanıx çayı vadisində Axar-baxar dağ silsiləsini, Samux rayonunun ərazisinə aid Samux Ovçuluq Təsərrüfatının və Qax Dövlət Təbiət Yasaqlığının bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması və İlisu Dövlət Təbiət Qoruğuna milli park statusunun verilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edilib ki, hesabat ilində respublika ərazisində mövcud faydalı qazıntı yataqları daxilində mineral xammal ehtiyatlarının səmərəli istifadəsi məqsədilə ümumilikdə 105 icazə sənədi verilib. Onlardan 24-ü işğaldan azad edilmiş ərazilərə aiddir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax