Operativ Məlumat Mərkəzi

Bu il narkomaniya ilə mübarizədə 3173 cinayət faktı aşkarlanıb

2 dəq
Paylaş:
Bu il narkomaniya ilə mübarizədə 3173 cinayət faktı aşkarlanıb

Сari ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks -axtarış tədbirləri nəticəsində 3173 faktı aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rüblük hesabatında qeyd olunub.

Bildirilib ki, onlardan 1048-i narkotik vasitələrin qanunsuz satışı, 2087-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 17-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 011 kq 394,952 qr narkotik vasitələrin və maddələrin 575 kq 997,924 qr-nı heroin, 1 ton 221 kq 854,206 qr-nı marixuana, 67 kq 073,092 qr-nı tiryək, 42 kq 555,635 qr-nı həşiş,102 kq 936,745 qr-nı psixotrop maddələr, 977,35 qr digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 252 ədəd çətənə bitkisi, eləcə də 477,668 qr, 1540 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax