Operativ Məlumat Mərkəzi

"Bu, hər bir Amerika vətəndaşına qarşı ədalətsizlikdir"

1 dəq
Paylaş:
"Bu, hər bir Amerika vətəndaşına qarşı ədalətsizlikdir"

Ağ Ev Müxbirlər Assosiasiyası (WHCA) " Press" (AP), " News" və "" xəbər agentliklərinin jurnalistlərinin ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərini işıqlandırmaq üçün təyyarəsinə buraxılmamasına reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

WHCA-nın bəyanatında deyilir ki, AP, "Bloomberg" və "Reuters" müxbirlərinin Trampın Yaxın Şərqə səfərini işıqlandırmaq üçün prezidentin "Air Force One" təyyarəsinə minməsinə icazə verilməyib və bu, narahatlıq doğurur.

"Onların xəbərləri hər gün dünyada minlərlə media orqanına və milyonlarla oxucuya sürətlə yayılır və hər kəsin prezidentlə bağlı hadisələrə bərabər çıxışı təmin edilir. Bu dəyişiklik öz ölkəsinin liderinin nə etdiyini dərhal bilməyə layiq olan hər bir vətəndaşına qarşı ədalətsizlikdir", - bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax