Operativ Məlumat Mərkəzi

Bu gün od çərşənbəsidir - 04.03.2025

1 dəq
Paylaş:
Bu gün od çərşənbəsidir - 04.03.2025

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Od türkün ağlında, düşüncəsində rəmzi kimi yaşayıb, bu günümüzə kimi gəlib çıxıb.

Od çərşənbəsi Novruz ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od çərşənbəsinin mahiyyətində odun sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün və azar-bezarları yandırırlar.

Xatırladaq ki, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax