Operativ Məlumat Mərkəzi

Bu gecə hava kəskin dəyişəcək

1 dəq
Paylaş:
Bu gecə hava kəskin dəyişəcək

Martın 18-dən 19-na keçən gecədən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin , arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya xəbərdarlıq yayıb.

Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax