Əsas məzmuna keç

Bu çörəyin qiyməti ucuzlaşdı - 13.03.2023

Bu çörəyin qiyməti ucuzlaşdı - 13.03.2023

“Xırdalan Çörək Zavodu”nun Rasim adlı nümayəndəsi Teleqraf.com-a açıqlamasında çörəyin strateji məhsul olduğunu bildirib. “Zavod çörəyə nə qiymət qoyur,...

Bir sıra ticarət obyektlərində çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.

70 qəpiyə satılan 620-630 qramlıq zavod çörəyinin indi 65 qəpik olub. Satıcılar çörəyin ucuzlaşmasının səbəbini bilmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Xırdalan Çörək Zavodu”nun Rasim adlı nümayəndəsi Teleqraf.com-a açıqlamasında çörəyin strateji məhsul olduğunu bildirib.

“Zavod çörəyə nə qiymət qoyur, nə də onun qiymətini aşağı salır. Bu, dövlət səviyyəsində olan bir şeydir. Biz İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi qiymətlərə riayət etməyə .

Çörəyin çəkisi olduğu kimi qalıb. Şərt unu ucuz almaqda deyil. Məsələ burasındadır ki, dövlətin qoyduğu qanundan kənara çıxmaq mümkün deyil. Hər şey qanun çərçivəsindədir”.

Çörək zavodunun başqa bir əməkdaşı isə çörəyin qiymətinin enməsini dövlət tapşırığı olduğunu deyib: “Marketlər şəbəkəsi müştərilərdən polietilen torbaların pulunu alıb xeyrini götürdüyünə görə dövlət qurumu zavod çörəyinin qiymətini 5 qəpik aşağı salınması şərtini irəli sürüb”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…