Operativ Məlumat Mərkəzi

Britaniya XİN başçısı çinli həmkarının "yoxa çıxması"na görə Pekinə səfərini təxirə salıb

2 dəq
Paylaş:
Britaniya XİN başçısı çinli həmkarının "yoxa çıxması"na görə Pekinə səfərini təxirə salıb

Böyük Britaniyanın naziri Ceyms Kleverli əvvəlcədən planlaşdırılan səfərini təxirə salıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Çinin xarici işlər naziri Tsin Qanın bir aya yaxındır heç bir səbəb göstərilmədən ictimaiyyət arasında görünməməsidir.

C.Kleverlinin iyulun sonunda Çinə səfəri gözlənilirdi. Tərəflər yeni tarixi nəzərdən keçirir.

Qeyd edək ki, T.Qan barədə bir aya yaxındır məlumat yoxdur. Ehtimallara görə onun barəsində açılıb. Qeyri-rəsmi informasiyalara əsasən, nazirin nikahdan kənar əlaqələri barədə xəbər yayıldıqdan sonra çıxıb.

Xatırladaq ki, ABŞ-la Çin arasında münasibətlərin qaydaya düşdüyü barədə məlumat yayıldıqdan sonra 57 diplomatın yoxa çıxması barədə xəbərlər yayılıb. Çin Xarici İşlər Nazirliyi bu məsələyə hələ rəsmi münasibət bildirməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax