Operativ Məlumat Mərkəzi

Britaniya Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazırlaşır

2 dəq
Paylaş:
Britaniya Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazırlaşır

“Böyük Ukraynaya uzaqmənzilli raketlər verə bilər. Söhbət 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilən “Storm Shadows” uzaqmənzilli qanadlı raketlərdən gedir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın bu məsələni uzun müddətdir ABŞ ilə müzakirə edib. Amma ABŞ bu raketlərin verilməsini təsdiqləməyə tələsmirdi.

Bu gün səhər saatlarında Britaniyanın naziri Ceyms Kleverlinin Ukraynaya yardımı müzakirə etmək üçün Vaşinqtona getdiyi məlum olub.

Danışıqlar prosesi ilə tanış olan Britaniya rəsmisinin sözlərinə görə, tədarüklə bağlı yekun qərar hələ qəbul edilməyib, amma bu məlumat Britaniyanın Ukraynanı bu cür silahlarla təchiz etməyə başlaması istiqamətində mühüm addımdır.

Bundan əvvəl Ukraynanın Aleksiy Reznikov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri 300 kilometrə qədər məsafədən zərbə endirə bilsə, Rusiya ordusu müdafiəni təmin edə bilməyəcək.

“Ukrayna bu cür silahların Rusiya ərazisinə hücumlarda istifadə olunmayacağına dair istənilən zəmanəti verməyə hazırdır”, - o söyləmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax