Operativ Məlumat Mərkəzi

“Braqa”nın müdafiəçisi: “Qarabağ”ı məğlub edəcəyimizə inanırıq

2 dəq
Paylaş:
“Braqa”nın müdafiəçisi: “Qarabağ”ı məğlub edəcəyimizə inanırıq

“Növbəti oyunlarda özünəinamı qaytarmaq baxımından bu qələbə çox vacib idi”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ""nın futbolçusu Joze Fonte Portuqaliya çempionatının XXII turunda "" klubuna 2:1 ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

41 yaşlı müdafiəçi bu matçda qazanılan qalibiyyətin gələcək oyunlar üçün stimul olduğunu bildirib: “İstəyimiz son zamanlar əldə olunan uğursuz nəticələrdən sonra azarkeşləri sevindirmək idi. Əlbəttə, heç kim məğlub olmaq istəmir. Bütün oyunlarda qələbə qazanmaq da mümkün deyil”.

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “”a qarşı keçirəcəkləri cavab görüşünə də toxunan təcrübəli oyunçu əlavə edib: “Növbəti mərhələyə vəsiqə qazanmaq üçün qarşımızda çətin vəzifə var. Ancaq “Qarabağ”ı məğlub edəcəyimizə və mərhələ adlayacağımıza . Bütün diqqətimizi bu oyuna yönəltmişik”.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax