Operativ Məlumat Mərkəzi

“BP-Azərbaycan” "Şahdəniz"də yeni platformanın tikintisini planlaşdırır

2 dəq
Paylaş:
“BP-Azərbaycan” "Şahdəniz"də yeni platformanın tikintisini planlaşdırır

“BP- Xəzər dənizin Azərbaycan sektorunda ” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə şirkətin xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, yeni platformanın tikintisi layihəsi gələn həftə ictimaiyyətə təqdim ediləcək və fevralın üçüncü həftəsində platformanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatı ilə bağlı ictimai dinləmələr keçiriləcək.

"Yekun maliyyə qərarı (FID) bu il qəbul ediləcək", - T. Bayatlı bildirib.

“BP-Azərbaycan”nın mətbuat xidmətinin rəhbəri əlavə edib ki, platforma insan iştirakı olmadan fəaliyyət göstərəcək. "Alpha” və “Bravo” platformalarından aşağı təzyiqli qaz burada toplanacaq və təzyiq artdıqdan sonra Səngəçal terminalına yönləndiriləcək", - o əlavə edib.

T.Bayatlının sözlərinə görə, platformanın tikintisi üçün milyardlarla investisiya tələb olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax