Əsas məzmuna keç

“BP-Azerbaijan”: Yanan gəminin ekipaj üzvləri uğurla təxliyə ediliblər

“BP-Azerbaijan”: Yanan gəminin ekipaj üzvləri uğurla təxliyə ediliblər

Bu gün səhər saatlarında yanğının baş verdiyi gəmi “BP-Azerbaijan” şirkətinin sifarişi ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun ərazisində açıq dənizdə...

Bu gün səhər saatlarında yanğının baş “BP-Azerbaijan” şirkətinin sifarişi ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun ərazisində açıq dənizdə işləri həyata keçirb.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM" -ə açıqlamasında şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

“Bu gün səhər saatlarında yanğının baş verdiyi dalğıc gəmisi AÇG blokunun ərazisində sualtı işlər həyata keçirirdi. Gəmi blokda fəaliyyət göstərən bir platformaya xidmət göstərmir və yanğın zamanı onların heç birinin yaxınlığında olmayıb”, - deyə o qeyd edib.

Menecerin sözlərinə görə, yanğın nəticəsində xəsarət alan olmayıb, gəminin bütün üzvləri yaxınlıqdakı gəmilərə uğurla təxliyə edilib və hazırda təhlükəsiz ərazidədirlər.

“Gəmi müqavilə ərazisindən təhlükəsiz məsafəyə aparılıb”, - “BP-Azərbaycan”ın rəsmisi vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" məlumatına görə, dalğıc gəmisi “Maritime Logistics Inc” şirkətinə məxsusdur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…