Əsas məzmuna keç

Böyük Dəbilqə: Cüdoçularımız finalda

Böyük Dəbilqə: Cüdoçularımız finalda

100 kq-da çıxış edən Zelim Kotsoyev və 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri həlledici görüşə vəsiqə qazanıblar. Onlar qızıl medal uğrunda...

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 100 kq-da çıxış edən və 100 kq-dan çəkidə yarışan Uşangi Kokauri həlledici görüşə vəsiqə qazanıblar.

Onlar qızıl uğrunda qarşılaşmada müvafiq olaraq niderlandlı Mixael Korrel və monqolustanlı Tsetsensengel Odxugiyn ilə üz-üzə gələcəklər.

90 kq-da yer alan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedonu sınağa çəkəcək.

Yarışın son günündə mübarizəyə qoşulmuş digər cüdoçusu Camal Qamzatxanov (+100 kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…