Əsas məzmuna keç

Böyük Britaniyanın XİN başçısı ABŞ-da Ukraynaya yardımı müzakirə edəcək

Böyük Britaniyanın XİN başçısı ABŞ-da Ukraynaya yardımı müzakirə edəcək

bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. “Xarici işlər naziri ABŞ və Böyük Britaniyanın Ukrayna qarşısında...

Böyük Britaniyanın naziri Ceyms Kleverli Ukraynaya müzakirə etmək üçün ABŞ-a gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Xarici işlər naziri ABŞ və Böyük Britaniyanın qarşısında uzunmüddətli öhdəliklərini müzakirə etmək üçün Bayden administrasiyası və ABŞ Konqresinin təmsilçiləri ilə görüşmək üçün Vaşinqtona səfər edib”, - məlumatda bildirilir.

Qeyd edilir ki, “Kleverli Ukraynanın qələbəsini təmin etmək üçün vahid cəbhənin saxlanmasının vacibliyini vurğulayacaq”.

Bundan əlavə, diplomat Britaniya və Birləşmiş Ştatlar arasında 1 trilyon dollar dəyərində investisiya əlaqələrinin qurulmasını müzakirə etməyi planlaşdırır.

Çərşənbə axşamı Kleverlinin Entoni Blinkenlə, çərşənbə günü isə ABŞ Konqresinin aparıcı üzvləri ilə danışıqlar aparması nəzərdə tutulur.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…