Operativ Məlumat Mərkəzi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb

1 dəq
Paylaş:
Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb

İstanbulda müşahidə edilən dumanlı səbəbindən Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin və İnfrastruktur Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

“Yerli vaxtla saat 03:10-da ( Bakı vaxtı ilə 04:10 - Qeyd) hava şəraiti normallaşana qədər sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, - məlumatda deyilir.

İstanbulun bir sıra ərazilərində güclü qar yağması səbəbindən yerli hakimiyyət orqanlarının qərarı ilə fevralın 12-də məktəblərdə dərslər ləğv edilib. Türkiyə paytaxtının Avropa hissəsində İstanbul Hava Limanının fəaliyyətində hər hansı dəyişikliklə bağlı hələlik məlumat yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax