Operativ Məlumat Mərkəzi

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır

2 dəq
Paylaş:
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır

Bu gün saat 11:00-da səviyyəsi üzrə müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat verib.

Bildirilib ki, boş qalan yerlərə qəbul olunan (subbakalavrlar) 9 sentyabrdan etibarən portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Seçim prosesi 15 sentyabra (saat 18:00-dək) qədər davam edəcək.

Qeyd edilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) tarixlərində eyni qaydada qeydiyyatdan keçə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax