Operativ Məlumat Mərkəzi

Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb

1 dəq
Paylaş:
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb

İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyinin heyətini və onların ailələrini Azərbaycana təxliyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bolqarıstanın Rosen bildirib.

O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə qonşu Azərbaycana təxliyə edib.

Jelyazkov bildirib ki, İsrailin sakinlərə Tehranın üçüncü bölgəsini təxliyə etməyi tövsiyə etməsindən sonra səfirlikdən 12 nəfər və onların ailə üzvləri təxliyə edilib.

“Bolqarıstan səfirliyi bu ərazinin bilavasitə yaxınlığındadır və biz diplomatlarımızın ölkəni tərk etməsinə qərar verdik. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”, - qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax