Operativ Məlumat Mərkəzi

BMT: Qəzzada dinc sakinlər üçün təhlükəsiz yer qalmayıb

1 dəq
Paylaş:
BMT: Qəzzada dinc sakinlər üçün təhlükəsiz yer qalmayıb

-nin sözçüsü Stefan Dujarrik gündəlik konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iki fələstinli şəxsin öldürüldüyü və cəsədlərinin qumda basdırıldığı görüntüləri gördüklərini edən Dujarrik, "Əlbəttə, görüntüləri təsdiq edə bilmərik, amma şokedici bir hadisədir", - deyib.

Görüntülərin BMT-nin əvvəldən ifadə etdiyi “Qəzzada mülki insanlar üçün təhlükəsiz yer qalmadı” fikrini dəstəklədiyini vurğulayan Dujarrik, hadisənin hərtərəfli araşdırılması lazım olduğunu qeyd edib.

Əl-Cəzirə kanalında yayımlanan görüntülərdə İsrail əsgərlərinin Qəzza zolağının şimalında evlərinə qayıtmağa çalışan iki fələstinlini atəş açaraq öldürdüyü görünür.

Xəbərdə İsrail əsgərlərinin 2 fələstinlini buldozerlərlə sürüyərək cəsədlərini quma basdırdığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax