Operativ Məlumat Mərkəzi

BMT-də Fransa rəsmilərinin çıxışları tənqid olunub

2 dəq
Paylaş:
BMT-də Fransa rəsmilərinin çıxışları tənqid olunub

BMT-də Fransa rəsmilərinin çıxışları olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski, Fransada güclənən məsuliyyətsiz ritorikanın dünyanı nüvə müharibəsi uçurumuna doğru apardığını bildirib.

Onun sözlərinə görə, nüvə silahından istifadə şərtləri Rusiyanın nüvə doktrinasında açıq şəkildə ifadə olunub və Moskva buna ciddi əməl edir.

Polyanski, həmçinin ictimaiyyətin, ələlxüsus qərb dövlətlərinin ikili standartlara yol verdiyini vurğulayıb.

Belə ki, ABŞ Loyd Ostinin açıq şəkildə nüvə silahı da daxil olmaqla, bütün hərbi vasitələrdən istifadəni elan etməsinə baxmayaraq, ona heç kəsin qarşı çıxmadığını, bunun əvəzində tərəfinin atdığı bütün addımlara qeyri-adekvat reaksiya verildiyini deyib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron və XİN-i Stefan Sejurne NATO-nun Kiyevə kömək üçün ərazisinə qoşun göndərilməsinin istisna edilmədiyini demişdi.

Fransa rəsmilərinin bu sözləri qısa müddət ərzində böyük rezonansa səbəb olub.

Qərb dövlətlərinin liderləri Makron və Sejurnenin fikirlərinə qarşı çıxan bəyanatlar səsləndiriblər və Rusiya ilə müharibə niyyətində olmadıqlarını bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax