Operativ Məlumat Mərkəzi

Binədə yük avtomobilin sürücüsünə xəsarət yetirərək pulunu alan şəxs saxlanılıb

2 dəq
Paylaş:
Binədə yük avtomobilin sürücüsünə xəsarət yetirərək pulunu alan şəxs saxlanılıb

Bakının Xəzər rayonunun Binə qəsəbəsində hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında naməlum şəxs yol ilə hərəkət edən yük avtomobilinin qarşısını kəsərək sürücüyə kəsici alətlə xəsarət yetirib və üzərində olan pul vəsaitini ələ keçirib.

Xəzər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər oğurluq, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmuş Məmmədov Tariel saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs quldurluq hadisəsini törətməmişdən öncə qəsəbə ərazisində bir neçə avtomobilin yan şüşələrini sındıraraq vasitələrinin salonlarından bank kartları, pul vəsaiti, maqnitofon və digər əşyalar oğurlayıb.

Faktlarla bağlı istintaq- tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax