Operativ Məlumat Mərkəzi

Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb

1 dəq
Paylaş:
Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb

rayonunun icra başçısı Mahir Quliyevin həbs azaldılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax