Operativ Məlumat Mərkəzi

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanılıb

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirləri keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə görə, tədbirlər zamanı mopedlə hərəkətdə olarkən saxlanılan 24 yaşlı Nicat Kazımovdan ümumilikdə 14 kiloqramdan artıq marixuana, tiryək, heroin, həşiş qətranı və metamfetamin, əlavə olaraq 210 ədəd metadon və preqabalin həbləri aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 57 yaşlı Rövşən Quliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 7 kiloqram marixuana götürülüb.
Faktlarla bağlı başlanılıb, araşdırmalar aparılır.
Qeyd edilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 63 kiloqram aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax