Operativ Məlumat Mərkəzi

Bild: Merzin reytinqi azalmaqda davam edir

1 dəq
Paylaş:
Bild: Merzin reytinqi azalmaqda davam edir

Almaniya kansleri Fridrix Merzin reytinqi azalmağa davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM"” qəzetinə istinadən xəbər verir ki, Merz siyasətçilərin reytinqində 14-cü yerdən 18-ci enib.

Hazırda yalnız AfD həmsədri Tino Çrupalla və CDU/CSU fraksiyasının rəhbəri Yens Spahn ondan aşağı mövqedədir.

Sorğu göstərir ki, almanların 62%-i Merzin fəaliyyətindən narazıdır – bu da kanslerin populyarlıqda yeni minimum göstəricisi hesab olunur.

Eyni zamanda, AfD həmsədri Alice Veidel reytinqini yaxşılaşdıraraq 10-cu yerə yüksəlib. Siyahının zirvəsində isə yenə də Boris Pistorius qərarlaşıb.

Partiyaların populyarlıq reytinqinə gəlincə, AfD CDU/CSU blokunu üstələməyə davam edir. seçkilər gələn bazar günü keçirilsəydi:

AfD – 26%,

CDU/CSU – 24,5%,

SPD – 14,5%,

Sollar – 11,5%,

Yaşıllar – 11% səs qazanardı.

Digər partiyalar isə 5%-lik seçki baryerini aşa bilməzdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax