Operativ Məlumat Mərkəzi

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA - 12.10.2024

1 dəq
Paylaş:
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA - 12.10.2024

Azərbaycanda bəzi yerlərdə çaxıb, arabir xarakterli yağış yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, oktyabrın 12-si saat 10:00-a olan məlumatına əsasən, yağıntının miqdarı Qubada 4 mm, Qax (Sarıbaş), Gədəbəydə 3 mm, , Balakəndə 2 mm, , Xaltan, Zaqatala, Şəki, İsmayıllı, Şəmkir, Cəfərxan, İmişli, Lənkəran, Gəncə, Goranboy, Ceyrançöl, Ağdam, Qusar, Şahdağ, Şahbuzda 1 mm olub.

Qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Culfada 17 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.

Lerik, Qrız, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Altıağac, Balakən, Şəki, Şəmkir, Naftalan, Göygöl, Daşkəsən, Gəncədə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 22, Naxçıvan MR-da 31, Aran rayonlarında 26, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax