Operativ Məlumat Mərkəzi

Bəzi rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bəzi rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək ərazilərdə qar yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əksər rayonlarda noyabrın 20-si saat 9:00-a olan məlumata əsasən, yağmursuz keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.

Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. , Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax