Operativ Məlumat Mərkəzi

Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA - 18.07.2024

1 dəq
Paylaş:
Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA - 18.07.2024

İyulun 18-i saat 9:00-a olan məlumata görə əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi və dağətəyi rayonlarda çaxıb, arabir xarakterli yağış yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Şəmkirdə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə, Tərtərdə 2 mm-dək olub. İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 36, Naxçıvan MR-da və Aran rayonlarında 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax