Operativ Məlumat Mərkəzi

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib - 20.04.2024

1 dəq
Paylaş:
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib - 20.04.2024

vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Bildirilib ki, Mais Nəzərovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal , əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətini törətməsinə əsaslı müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

Qeyd olunan şəxs Qazaxıstan ərazisində saxlanılaraq bugün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax