Əsas məzmuna keç

Beynəlxalq Avtovağzal Kompleksində oğurluq edilib

Beynəlxalq Avtovağzal Kompleksində oğurluq edilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində çantadan 500 manat və 4000 ABŞ dolları oğurlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

Bakı Kompleksində çantadan 500 manat və 4000 ABŞ dolları oğurlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də Kompleksin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbiri nəticəsində əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…