Operativ Məlumat Mərkəzi

Narkotik çəkib maşın sürdü, saxlanıldı

2 dəq
Paylaş:
Narkotik çəkib maşın sürdü, saxlanıldı

Beyləqanda narkotikin təsiri altında idarə edən sürücü məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "VAZ-2106" markalı vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini saxlanılıb.

Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili hüququ olmadan və eyni zamanda, narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Aşkarlanan xətalara görə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Ələsgər Soltanov məhkəmənin qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax