Operativ Məlumat Mərkəzi

Bərdədə qumbaraatan satmaq istəyən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bərdədə qumbaraatan satmaq istəyən şəxs saxlanılıb

Bərdədə silahını 3300 manata satmaq şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, Cinayət Məcəlləsinin bir neçə maddəsinə görə məhkumluq həyatı yaşamış Ramil Vəliyev tutulub.

Onun yaşadığı ünvandan "RPQ" markalı qumbaraatan silahı aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədi ilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib.

Faktla bağlı başlanılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax