Operativ Məlumat Mərkəzi

"Belə gənclərlə gələcəyə ümidliyik"

2 dəq
Paylaş:
"Belə gənclərlə gələcəyə ümidliyik"

“Təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandasının Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

O, Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində Şimali yığması (0:0) ilə keçirilən yoxlama görüşü barədə də danışıb: "Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə matçda xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ”.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalıb (0:0).

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax