Belçika İsrailin işğal etdiyi Fələstin ərazilərində qeyri-qanuni yəhudi məskənləri ilə demoqrafik quruluşu dəyişməyə çalışdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Hollandiyanın inzibati paytaxtı Haaqadakı Sülh Sarayında fəaliyyətlərini davam etdirən Beynəlxalq Ədliyyə Məhkəməsində İsrailin işğal olunmuş Fələstin torpaqlarında tətbiq etdiyi tətbiqlərin hüquqi nəticələri ilə bağlı dinləmələr ikinci günündə də davam edir.
Məhkəmədə Belçikanın Xarici İşlər Nazirliyi Qanun İşləri baş direktoru Piet Heirbaut xatırladıb ki, Məhkəmə 2004-cü ildə İsrailin işğal etdiyi Fələstin torpaqlarında divar tikməsi ilə bağlı məsləhət rəyi verərək, İsrailin işğal etdiyi Fələstin torpaqlarını zorla ələ keçirməsinin qanunsuzluğunu təsdiqləyib.
"İşğal nə qədər uzun sürərsə, işğalçı dövlətin öhdəlikləri bir o qədər geniş şəkildə şərh edilməlidir", - deyə Heyrbaut bildirib.
Belçika: "İsrail qeyri-qanuni məskunlaşmalarla Fələstinin demoqrafik strukturunu dəyişir"
Oxşar xəbərlər
Avropa xəbərləri
Aİ Ukraynaya 90 milyard avroluq kredit ayrılmasını təsdiqlədi
Avropa xəbərləri
Jan-Noel Barro: Sülhməramlılara hücum müharibə cinayətidir
Avropa xəbərləri
Almaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə dəstək verməyə hazırdır
Avropa xəbərləri