Əsas məzmuna keç

Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı Azərbaycanda səfərdədir

Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı Azərbaycanda səfərdədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx...

general-polkovnik Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qonağı salamlayan general-polkovnik Z.Həsənov onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Bəhreyn Krallığı tərəfindən göstərilən humanitar yardıma, eləcə də Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə təşkilatlarda dəstəyinə görə minnətdarlıq ifadə edib.

Feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsi, eləcə də regional məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…