Operativ Məlumat Mərkəzi

BDYPİ sürücülərə müraciət edib - 03.07.2025

2 dəq
Paylaş:
BDYPİ sürücülərə müraciət edib - 03.07.2025

Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 6-dək davam edəcəyi gözlənilir. Baş Dövlət İdarəsi (BDYPİ) verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalarına ciddi riayət etməyi xahiş edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BDYPİ -nin hərəkət iştirakçılarına müraciətində bildirilib.

“Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. vasitələri aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara verilməli, yağışlı havada daha çox ara məsafəsi saxlanılmalıdır. Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”,- deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax