Operativ Məlumat Mərkəzi

Bazar gününün havası açıqlanıb - 27.07.2024

2 dəq
Paylaş:
Bazar gününün havası açıqlanıb - 27.07.2024

İyulun 28-də Azərbaycanda yağıntılı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında dəyişkən buludlu , əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax