Əsas məzmuna keç

Batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq ölüb

Batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq ölüb

Muxtar Respublikasının (MR) Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə fədakar, qəhrəmanlıq edən polis əməkdaşı həyatını itirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə 13 yaşlı uşağı xilas edib.

Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…