Operativ Məlumat Mərkəzi

Baş Qərargah rəisi Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri təşkilatının qərargahını ziyarət edib

2 dəq
Paylaş:
Baş Qərargah rəisi Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri təşkilatının qərargahını ziyarət edib

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Ordusunun Baş rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi bu ölkənin müdafiə sənayesi sahəsində ixtisaslaşan və hərbi təyinatlı məhsulların ən iri istehsalçılarından olan və Müdafiə Həlləri (GIDS) təşkilatının qərargahında olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndə heyətinə GIDS-in təyinatı və fəaliyyət sahələri haqqında ətraflı brifinqlər təqdim olunub.
Bildirilib ki, müəssisə yerüstü, dənizdə və havada, o cümlədən hava hücumundan müdafiə və inteqrasiya olunmuş sistemlərdə, həmçinin nüvə, bioloji (bakterioloji) və kimyəvi müdafiədə istifadə olunan hərbi təyinatlı məhsullar istehsal edir.
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə maraq doğuran məsələlər ətraflı müzakirə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax