Operativ Məlumat Mərkəzi

Baş Qərargah rəisi Belqradda keçirilən hərbi paradda iştirak edib

1 dəq
Paylaş:
Baş Qərargah rəisi Belqradda keçirilən hərbi paradda iştirak edib

Müdafiə nazirinin birinci müavini – Ordusunun Baş rəisi -polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə həmin ölkəyə səfəri başlayıb.

Müdafiə Nazirliyinin və ictimaiyyətlə əlaqələr idarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, əvvəlcə Belqrad şəhərində Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda iştirak edib.

Tədbirlərdə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasıyev də iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax