Operativ Məlumat Mərkəzi

Baş Prokurorluqda ATƏT-in DTİHB Seçki Müşahidə Missiyası ilə görüş keçirilib

2 dəq
Paylaş:
Baş Prokurorluqda ATƏT-in DTİHB Seçki Müşahidə Missiyası ilə görüş keçirilib

Yanvarın 31-də Baş prokurorun birinci müavini Elçin Məmmədov -in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Müşahidə Missiyasının rəhbəri Ouen Mörfinin rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Cari ilin fevralın 7-nə təyin olunmuş növbədənkənar seçkilərinin və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Elçin Məmmədov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Ouen Mörfi ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb. Missiya rəhbəri Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax