Operativ Məlumat Mərkəzi

Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir

2 dəq
Paylaş:
Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir

Müsahibədə iştirak etmək istəyən namizədlər 22 fevral 2024-cü il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim vəzifələr barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=535 məlumat əldə edə bilərsiniz.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax