Operativ Məlumat Mərkəzi

Baş prokuror Naxçıvanda hərbi qulluqçularla görüşüb

2 dəq
Paylaş:
Baş prokuror Naxçıvanda hərbi qulluqçularla görüşüb

Respublikasının Baş Prokuroru Kamran Əliyev Naxçıvan Muxtar Respublikasında səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun Sədərək rayonunda hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçularla söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirib və bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.

Baş Prokuror K.Əliyev şəxsi heyətin xidmətinin təşkili və məişət ilə maraqlanıb, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Görüş zamanı hərbi qulluqçulara hədiyyələr təqdim edilib. hərbi hissədə yaradılan müasir maddi-texniki təminata və təchizata görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax