Operativ Məlumat Mərkəzi

Baş prokuror: Erməni separatçılarının 1987-ci ildən indiyədək törətdiyi bütün cinayətlər təhlil edilir

2 dəq
Paylaş:
Baş prokuror: Erməni separatçılarının 1987-ci ildən indiyədək törətdiyi bütün cinayətlər təhlil edilir

2023-cü ilin sentyabrın 19-20-də Azərbaycanın bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra xüsusi xidmət orqanları tərəfindən saxlanılan erməni separatçılarının rəhbərləri ilə bağlı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-də Mir Şahin Ağayevə müsahibəsində deyib.

"Həmin mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib. Çünki onlar çoxsaylı törətmişlər. Hazırda prokurorluqda son ittihamlar üzərində işləyirik. Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir. Çünki biz 1987-ci ildən törədilən bütün cinayətləri təhlil edirik, öyrənirik. Onlar hamısı bizdə sənədləşdirilib", - bildirib.

K.Əliyev diqqətə çatdırıb ki, yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək: "Bununla da təşkilatlar, eləcə də bir qrup ölkələr şəffaf, hərtərəfli və obyektiv məhkəmə baxışının baş tutduğunun şahidi olacaqlar".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax