Operativ Məlumat Mərkəzi

Baş nazir Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb

2 dəq
Paylaş:
Baş nazir Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb

Azərbaycanın Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Zuhair Əlharti ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi diqqətə çatdırılıb.

Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.

Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə məsələləri müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax