Operativ Məlumat Mərkəzi

Bankomatdan pul çıxaran qadınlara qarşı soyğunçuluğa cəhd edilib

2 dəq
Paylaş:
Bankomatdan pul çıxaran qadınlara qarşı soyğunçuluğa cəhd edilib

Bakıda bankomatdan pul qadınlara qarşı soyğunçuluğa cəhd edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda naməlum şəxs bankomatlardan birindən pul çıxaran qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd göstərib. izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 olan çantanı ələ keçirmək istədiyini, amma yaranan səs-küy nəticəsində onun cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını deyib.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən "isti izlər”lə keçirilən - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan İsgəndərov təkrar cinayət etmək məqsədilə "Əhmədli" metrosu yaxınlığındakı bankomatı müşahidə edərkən saxlanılıb.

Bununla da onun növbəti dəfə cinayət hadisəsi törətməsinin qarşısı alınıb.

“Orxan İsgəndərovun paytaxt ərazisində başqa bu kimi cinayətlər törətdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, - məlumatda qeyd edilib.

Faktla bağlı 33-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax