Operativ Məlumat Mərkəzi

Bank sektorunda xanım əməkdaşların payı ortalama 38% olub

1 dəq
Paylaş:
Bank sektorunda xanım əməkdaşların payı ortalama 38% olub

Bankların göstəriciləri üzrə ümumi və müxtəlif idarəetmə səviyyələrində əməkdaşların, qüsurlu əməkdaşların sayı, yaş qrupları üzrə əməkdaşların paylanması, işçi dövriyyəsi, təhsil büdcəsi, analıq məzuniyyəti götürmüş əməkdaşların sayı, iş yeri təhlükəsizliyinin və əməkdaşların sağlamlığının qorunması üzrə məlumatlar təqdim edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mərkəzi Bankdan bildirilir.

Ümumi olaraq, qeyd etmək lazımdır ki, xanım əməkdaşların payı ortalama 38%, yuxarı və orta idarəetmə səviyyələrində isə müvafiq olaraq ortalama 11% və 17% olub.

Bank sektorunda fiziki qüsurlu əməkdaşların payı ortalama 1.5% təşkil etmişdir. Yaş qrupları üzrə paylanmaya baxdıqda 71% əməkdaşların 21-40 yaş aralığında olduğu görünür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax