Operativ Məlumat Mərkəzi

Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq

2 dəq
Paylaş:
Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq

Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, yanvarın 29-da Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilərlə yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə yağışın qısamüddətə sulu qar ilə qarışıq yağması ehtimalı var. -qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° , gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax