Operativ Məlumat Mərkəzi

Bakının Mikayıl Müşfiq küçəsində hərəkət məhdudlaşdırılacaq

2 dəq
Paylaş:
Bakının Mikayıl Müşfiq küçəsində hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 23:00-dan sabah saat 05:00-a qədər Bakının Mikayıl Müşfiq küçəsində ( prospektindən şosesinə qədər olan hissədə) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Sürücülərdən işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax