Əsas məzmuna keç

Bakının Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub

Bakının Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub

Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Ağaoğlu küçəsini (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinə qədər) təmir edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edir.

zamanı küçənin köhnə - örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…