Operativ Məlumat Mərkəzi

Bakının bu yerlərində maşın saxlamaq QADAĞAN EDİLDİ

2 dəq
Paylaş:
Bakının bu yerlərində maşın saxlamaq QADAĞAN EDİLDİ

İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda bəzi ərazilərdə maşın saxlamağı edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

Qurum bəyan edib ki, paytaxtda avtomobillərin sayı artdıqca maşını saxlamaq üçün yer tapmaq çətinləşir. Mövcud problemin həlli istiqamətində mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.

Parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb. Burada mövcüd parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi quraşdırılıb.

Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində ("Amburan Mall") 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax