Operativ Məlumat Mərkəzi

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

2 dəq
Paylaş:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Aparılan ilə əlaqədar iyulun 17-də saat 00:00-dan etibarən Bakı şəhəri, Mətbuat prospektində (Ə. küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks istiqamətə yönləndiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd edilib ki, 1-ci mərhələdə - A.Sultanova küçəsindən M.Rəhim , 2-ci mərhələdə - M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək və 3-cü mərhələdə - B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və qaydalarına riayət etmələrini xahiş edir

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax