Operativ Məlumat Mərkəzi

Bakının bəzi ərazilərində işıq olmayacaq

2 dəq
Paylaş:
Bakının bəzi ərazilərində işıq olmayacaq

Bu gün Bakının bəzi ərazilərində enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 9 dekabr tarixində 110/35/10 kV-luq yarımstansiyada 10 kV-luq bölmədə aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Abşeron RETSİ ərazisinə daxil olan Müşfiqabad və 28 May qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 493 saylı yarımstansiyada 6 kV-luq bölmədə təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 11:30-dək Bilgəh qəsəbəsi qadını, Rəşid Behbudov küçələri və Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunaca", - məlumatda qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax